Azerbaycan medyasına Nurculuk açıklaması
Medyanın "XƏTALAR"ı, Nur talebelerinin "CAVABLARI"
MÜXBIRLƏRIN IFTIRALARINA RISALE-I NURLARDAN CAVABLAR
XƏTALAR VE CAVABLARI
1.Nurçuluq təriqəti:
Risale-i Nurun məsləyi təriqət deyil həqiqətdir. Risale-i Nur tələbələri 20 il ərzində bir tək adama təriqət dərsi versəydi şübhəyə haqqınız olurdu. Əksinə Risale-i Nurda deyilir ki, İman lazım, İslamiyyət lazım, təriqət zamanı deyil. (mektubat.16-cı məktub 2-ci nokta)
2. Qeyri-ənənəvi
Əksinə tam ənənəvidir. Ata-Babalarımız da zaman-zaman bir araya gələrək namaz qılıb, Quran və Quran təfsiri oxuyub və dini söhbətlər etməsi bu əcaib xətanın nə qədər çirkin olduğunu göstərir.
3. Nurçuların himayəçisi Elşad İsgəndərov
Otuz üç Quran ayətinin işarəti və Həzrəti Əli (R.A.) və Abdulqadir Geylani həzrətlərinin və yüzlərlə əhli təhqiqin təqdirkaranə bəyanatıyla bir Quran nuru olduğu və Ona yapışanların İnşaalah imanlarını qurtaracaqları qəti bilinən Risale-i Nur kimi bir himayəçisi olan Nur tələbələrinin heç bir himayəçiyə ehtiyacı yoxdur. (şualar. 1-ci şua, sikke-i tasdik-i gaybi)
4. Nurçuların böyük bir ocağı
“Nurçular cəmiyyəti” deyə bir cəmiyyət yoxdur ki, ocağı da olsun. Əgər ortada bir cəmiyyət varsa, bu Həzrəti Muhammədin (A.S.M.) qurduğu əzəmətli və nurani və bütün insanlıq üçün əbədi səadəti müjdələyən qudsi və İlahi İslamiyət cəmiyyətidir. Nur tələbələri də bu cəmiyyətə mənsubdur.( şualar.14-cü şua. Müdafaalar)
5. Liderlərdən 4 nəfər saxlanılıb ki, bunlar MDB və Azərbaycan üzrə kordinatordur
Risale-i Nur imani məsələləri lazımi dərəcədə izah edib.Risale-i Nurun müəllimi, Risale-i Nurdur. Risale-i Nur başqalarından dərs almağa ehtiyac buraxmır. Hərkəs istedadı nisbətində öz-özünə istifadə edər. Bediüzzaman“Əbədi həqiqətlər fani şəxslər üzərinə bina edilməz. Mən də sizin kimi Risale-i Nurun tələbəsiyəm” demiş və liderlik kimi nə bir istəyi, nə də bir iddiası olmuşdur. Bu sözdən sonra kimin həddinədir ki liderlik, koordinatorluq kimi bir dava etsin. (sözlər.konferans)
6. Nurçular kifayət qədər mütəşəkkildirlər
Bəli, biz bir cəmiyyətik və elə bir cəmiyyətimiz var ki, 1.7 milyard üzvü var və hər gün beş dəfə namazla o müqəddəs cəmiyyətin prinsiplərinə hörmətlə əlaqələrini və xidmətlərini göstərirlər və اِخْوَةٌ الْمُؤْمِنُونَ نَّمَااِ(Möminlər ancaq qardaşdırlar) qudsi proqramıyla, birbirinə dualarıyla və mənəvi qazanclarıyla yardım edirlər. Biz, bu müqəddəs və böyük cəmiyyətin mənsubuyuq.
Və xüsusi vəzifəmiz də, Quranın imani həqiqətlərini təhqiqi bir surətdə möhtac olanlara bildirib, onları və özümüzü əbədi cəhənnəmdən qurtarmaqdır. Başqa dünyəvi və siyasi və mənfi məqsədli cəmiyyət ve komitələrlə münasibətimiz yoxdur və tənəzzül etmərik. (şualar.12-ci şua)
7. Qərəzli montaj
ANS TV-nin 4 may 2014-cü ildə efirə gedən “Hesabat” verilişinin 22 d. 33s.-dən 23d.12.s-ə qədər Nur tələbələri haqqında danışdığı halda, aidiyyatı olmayan (Azərbaycandakı hansısa təriqət mədrəsəsinin şeyx və müridlərini, və azyaşlı uşaqları göstərərək) kadrları göstərərək qərəzli olaraq millətimizi aldadırlar.
8. Nursiyə pərəstişlik
Axmağın cavabı sükuttur. Lakin məsələnin anlaşılması üçün deyirik: Allahdan başqasına pərəstiş etmək şirkdir. İslama görə şirk ən böyük günahdır. Bu iftiranı şeytan belə müsəlmanlara istinad etməz.
9. İçtimai asayişi pozan əməllərinə
20 ildə heç bir Nur tələbəsi belə bir hadisəyə səbəb olmadığı və hüquq mühafizə orqanlarının asayişi pozan heç bir hadisə qeyd etməmələri bunun xəta olduğunu göstərir.(şualar.hata-sevap cetveli)
10. Canlarını və mallarını Allahın yerdəki təmsilçisinin–müridininxidmətinə, öz dilləri ilə desək hizmətə həsr edən
Məsləyimizin əsası qardaşlıqdır. Ata ilə övlad, Şeyx ilə mürid arasındakı münasibət deyildir. Yalnız həqiqi qardaşlıq münasibətləridir. Nur tələbələrinin arasında təriqətdə olduğu kimi müridlik və şeyxlik münasibətləri yoxdur.( lemalar.21-ci lema)
11.Orduda xidmətin əleyhinədirlər
Bədiüzzaman Said Nursi Birinci Dünya müharibəsində Qafqaz cəphəsində könüllü alay komandiri olaraq öz tələbələri ilə birlikdə ermənilərə və ruslara qarşı döyüşmüşdür və tələbələrinin çoxu şəhid olmuşdur.
Risale-i nur külliyatının çox yerlərində həqiqətlər əsgərlik təmsilatiylə izah olunmuş və vətənə xidmətin Allaha xidmət olduğu göstərilmişdir.
Risale-i Nuru oxuyan kimsələr, xüsusilə idraklı gənclər, qüvvətli bir imana sahib olurlar. Sarsılmaz və fədakar bir dindar, bir vətənpərvər olurlar.Kimlərinsə müəyyən bir səbəbdən dolayı əskərliyə getməməsi istisnadır. İstisnalar ümuma şamil edilməz.( mektubat.29-cu mektup)
12. Ailə qurmağa neqativ yanaşmaları
Bədiüzzaman Risale-i Nurda Peyğəmbərimizin “Evlənin, çoxalın. Mən qiyamətdə sizin çoxluğunuzla iftixar edəcəyəm” hədisini nəzərə verir və təfsir edir. Ailə sisteminin toplumun əsası olduğunu dərs verir və bu sistemin mühafizə olunmasını tələbələrinə nəsihət edir. Ən yaxın tələbələrindən Mustafa Sungur, Mehmet Fırıncı, Hüsnü Bayram və başqalarının ailəli olması bunun nə qədər açıq bir iftira olduğunu göstərir. İstisnalar külli qaydaları pozmaz.( lemalar.24-cü lema,Asay-ı Musa 8-ci məsələnin hülasası)
13.Xristianlardan plagiata oxşayır
11 və 12-ci xətaların cavabları bunun da yanlışlığını isbat edir. Nur tələbələrini, müsəlmanları xristianlara bənzətməsi İslamiyyətdən bixəbər olduğunu göstərir.
14.Elşad Miri və Fətullah Gülən
Elşad Mirinin 11 may 2014-cü ildə ANS tv-in Hesabat verilişində söylədikləri ifadələr Gülən hərəkatına aiddir və özü də “hoca camaatı”nın yurdlarında qalıb. Elşad Miri Nurçuolmayıb ki, imtina da etsin. Dedikləri Risale-i Nura və Nur tələbələrinə aid deyildir.
15. Risale-i Nurun Quranla bərabər tutulması
Min dəfə haşa! Risale-i Nur Quranın bu əsrin anlayışına bir dərsi olduğuna bütün Nur tələbələrinin və Risale-i Nurdaki yazıları görənlərin qənaətləri, bu yanlışını təkzib edir.(şualar.hata-sevap cetveli)
16.Dinin siyasətə alət edilməsi
Dini siyasətə alət deyil, Allah rızasından başqa heçbir şeyə, hətta dünyaya və səltənətə alət etməmək Risale-i Nurunəsas məsləyidir.(Emirdağ lahikası)
Küfür, hakaret, rencide edici cümleler veya imalar, inançlara saldırı içeren, imla kuralları ile yazılmamış,
Türkçe karakter kullanılmayan ve BÜYÜK HARFLERLE yazılmış yorumlar
Adınız kısmına uygun olmayan ve saçma rumuzlar onaylanmamaktadır.
Anlayışınız için teşekkür ederiz.